Maraqlı
Zəhra ərə getməyə hazırlaşdığı sevgilisindən ayrıldı
Müğənni-aparıcı Hülya Avşarın qızı Zəhra Çilingiroğlu uzun müddətdir birlikdə olduğu sevgilisi, gənc iş adamı Eray Ölçümdən ayrılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Erayın tətilə getdiyi Bodrumda iki qızla əylənməsi olub.
Qeyd edək ki, yanvardan eşq yaşamağa başlayan cütlüyün bir vaxtlar Ölçümün valideynlərinə görə araları dəymişdi. Belə ki, Erayın ana-atası Zəhranı gəlinləri kimi istəməsələr də, iş adamı valideynlərini razı saldığını və Çilingəroğlu ilə evlənməyə hazırlaşdığını bildirib.
Milli.Az