Xoşbəxtliyin düsturu - Onu necə əldə edək?
"Desələr sənin ömrün 1000 ildir, get ürəyin istədiyin kimi yaşa, 1000 il yaşamaq istəyərsən?"
Milli.Az islaminsesi.info-ya istinadən xoşbəxtlik haqqında möhtəşəm bir yazını təqdim edir.
Xoşbəxtlik nədir?! Kim onun tərifini verə bilər?! Kim onun kateqoriyalarını sayıb, nələrin insanı xoşbəxt edə biləcəyini söyləyə bilər?!
Sanki xoşbəxtlik bir fitnədir, könüldən könülə sirayət edərək insanları özünə məftun edər. Axı, onu kim görüb ki, belə təsvir edir. İnsanların hər birində xoşbəxtlik nədir sual etsək, min reseptə malik bir yemək meydana çıxar. Çünki xoşbəxtlik fərdi bir anlayışdır. Vay o insanın halına ki, resepti başqasından alıb qazan qaynada...
Bir zamanlar bir kənddə bir tənbəl yaşayırmış. Ona dağın başından borularla kəndə su gətirmək tapşırılar. Lakin adı məlum - tənbəl. O gün-gunortadan qalxanda yerindən qalxar, birtəhər dağa dırmaşar və bulağa çatardı. Amma o zaman ora yetişərdi ki, gün özünü də yandırmış olardı. Sudan doyunca içər və kölgəliklərin birində yıxılıb qalardı.
Təbii ki, yuxudan qalxanda qaranlıq düşmüş olardı. Sonrasını da təsvir etməyə ehtiyac yoxdur. Günlər tənbəl üçün belə davam edərdi. Vaxt gəlib çatanda isə kənddə susuzluq xəstəliklərə səbəb oldu və tənbəlin atası da canını tapşırdı. Onda kənd camaatı da tənbələ iş tapşırmağın necə nəticələndiyini görüb, özləri bu işə girişdilər. Tənbəl səhvinin fərqindədi, lakin nə fayda... Artıq ölüm öz işini görüb.
İnsan da eyni o təmbəl kimidir. Hər gün xoşbəxtlik axtarışı ilə yola çıxar. Xoşbəxtliyin mənbəyini tapanda isə ondan doyunca o qədər içər ki, gəldiyi yeri də unudar. Lakin qaranlıq düşəcək və yenidən o məkana qayıtmaq lazımdır. Xoşbəxtliyin daimi olması üçün görüləcək işlər daim sabaha təxirə salınar. Kiçik xoşbəxtliklərlə kifayətlənib, böyük xoşbəxtliklər üçün təməl atılmaz.
Amma bütün varlıqlar ölümə doğru gedər. Saatlar o zamana qurulub. İnsana ömrün 1000 il deməzlər, amma könlün istədiyi kimi yaşa deyilər. Yalnız könlümüzlə və ruhumuzla yaşadığımız zaman xoşbəxtliyi və bədbəxtliyi ayırd edə bilərik. Lakin bunları ayırd edib ondan dərdlənməyə dəyməz. Çünki hər ikisi insanın paltarı kimidir. Zamanla hər biriniz onu əynimizdə daşıyırıq. Əsas məsələ zamanın fərqində olaraq o anı qiymətləndirməkdir. Məsələ mələk kimi yaşamaq deyil, insan kimi yaşamaqdır. Səhvlərdən nəticə çıxarmaq, bədbəxtliklərdən və xoşbəxtliklərdən ötəri bir hal kimi bəhs edəcək qədər qüdrətli olmaq kimi....
Milli.Az