Ölkə
Xırdalanda həyəcanlı anlar: FHN əməkdaşları hadisə yerinə gəldilər
Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Publika.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nazirliyin Xüsusi
Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal
hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər
nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.