Ölkə

“Vaxtlı-vaxtında suyunu verirdim”:

Metbuat.az

Şəki şəhər RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev məsuliyyətə cəlb olunub.

Onun şəhər ərazisindəki evinə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qulluq edilərək yetişdirilmiş 8 ədəd çətənə bitkisi və 3,246 kiloqram marixuana aşkar edilərək götürülüb.

Sadiq Mustafayev – Saxlanılan şəxs: “8 dibçəkdə əkmişəm. Vaxtlı-vaxtında suyunu verirdim. Buna qulluq etmişəm. Etdiyim əməldən əlbəttə, peşmanam. Səhvdi də. Həyatda hamı səhv edir”.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla