İqtisadiyyat

Uçot dərəcəsi ARTIRILDI

Metbuat.az

Bu gün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, bu, son 15 ildə ən yüksək uçot dərəcəsidir:

“Türkiyədə uçot dərəcəsi 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1-dək dəyişib. Amma uçot dərəcəsinin kəskin atımı lirəni qısamüddətli dövrdə qoruya bilər. Orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir. Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, “İphone” telefonlarında imtina etməklə bu defisit qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırılması çox vacibdir. Əks halda uçot dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq”.

11 oktyabrda nə baş verəcək? - Bu xəbərə DİQQƏT! – TIKLAYIN!