Maraqlı
Türkiyəli aktyor sənətdən gedir?
"Kanal D"nin məşhur serialı "Poyraz Karayel"də baş rolda oynayan aktyor İlker Kaleli ekranlarda görünməməyinin səbəbini açıqlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, İlker Poyraz obrazından sonra bir daha heç bir serial və filmə çəkilmədiyini söyləyib.
Dərgilərdən birinə müsahibə verən aktyor deyib:
"Özümü yeniləməyə çalışıram. Nəsə öyrənmək istəyirəm. İlk dəfədir, bu qədər boş vaxtım var. Həqiqətən yorulmuşdum. Son 10 ilə baxaq, özümdən razıyammı? Arada belə etmək mütləqdir. Həm insan, həm də aktyor olaraq bədənin də, ruhun da yenilənməsi lazımdır".
Milli.Az