Dünya
Torpağı qazarkən çamadan tapdılar -
Rusiyada hərbçilər apardığı qazıntı zamanı xoş mənzərə ilə qarşılaşıblar.
Metbuat.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, əsgərlər qazdıqları ərazidə çamadan tapıblar. Çamadanın içindən çıxanlar onun 2-ci dünya müharibəsi dövrünə aid olduğunu sübut edir. Çamadanın içindən sənəd, pul, paltar və digər əşyalar tapılıb.
Sənəd əsasında çamadanın kimə aid olduğu araşdırılır.
Sübhan / METBUAT.az