Maraqlı
Telefonunu itirən uşaq üçün bütün ölkə səfərbər oldu
Argentinada anasını xərçəngdən itirən 11 yaşlı Miguel Retamar adlı uşaq üçün kampaniya başladılıb.
Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Miguelin 37 yaşlı anası Pablo keçən aylarda xərçəngdən həyatını itirmişdi. İçində anasının fotosu və videoları olan telefonu Miguel üçün bütün ölkədə axtarış işləri başladılıb.
O, “Facebook”da paylaşım edərək “Çox fotom və videom yoxdur. Onlar mənə anamı xatırladırdı” deyə bildirib.
Miguelin hekayəsi böyük maraqla qarşılanıb. Argentina və digər Latın Amerikası ölkələrində mətbuatda yayılıb.