İqtisadiyyat

SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır

Metbuat.az

"SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: "Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz "SOCAR Polymer" təcrübəsini daha da artırmaq fikrindəyik".

F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb: "Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur".

Milli.Az