Ölkə

Şirvan sakinini qonşusu bıçaqladı

Metbuat.az

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,  Şirvan sakini, 1988-ci il təvəllüdlü Dadaşov Surxay Seyudağa oğlu qonşusu tərəfindən bıçaqlanıb. S.Dadaşov arxa tərəfdən və qoltuğunun altından kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdilib.

Məlumata görə, qonşular arasında münaqişəyə torpaq mübahisəsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az