Sentyabrın sonlarına doğru...
“Yay aylarına nisbətən hazırda avtomobil bazarında təklifin artımı müşahidə edilir”.
Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Ramil Osmanlı bildirib:
"Yay aylarında avtomobil bazarında passivlik olur. Qiymətlərdə müəyyən qədər artım müşahidə olunur. Çünki yay mövsümü ilə əlaqədar avtomobilini satmaq istəyən bəzi satıcılar onu satışdan çıxarıb, tətil və digər məsələlər üçün istifadə edirlər. Bu da təklif portvellərinin daralmasına səbəb olur.
Sentyabr ayında isə proses əksinə müşahidə edilir. İndi isə təklifin artdığı müşahidə olunmaqdadır. Amma qiYmətlərə hələlik hər hansı bir formada təsir göstərməyib. Çünki bunu sentyabr ayının sonlarında dəqiq şəkildə təhlil etmək olacaq. Sentyabrın sonlarına doğru qiymətlərin artıb-azalma tendensiyasında dəyişikliklər müşahidə edəcəyik. Düzdür, kəskin qiymət dəyişmələrinin baş verəcəyini ehtimal etmirəm. Bunun üçün hər hansı bir səbəb yoxdur. Amma gözlənilir ki, bəzi markalar üzrə təklifin artımı həmin markalarda qiymətlərin nisbi də olsa azalmasına səbəb ola bilər. Hələ ki, ümumi mənzərə bundan ibarətdir”.
Xəyalə Məmmədova / METBUAT.AZ
11 oktyabrda nə baş verəcək? - Bu xəbərə DİQQƏT! – TIKLAYIN!