Ölkə
Şəmkirdə 14 yaşlı yeniyetmə qız intihar etdi
Şəmkir rayonunda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.