İqtisadiyyat

Sanksiyalar rusiyalı milyarderin Ermənistandakı biznesini vurdu

Metbuat.az

Rusiyalı milyarder Oleq Deripaskanın Ermənistandakı biznesi ABŞ sanksiyaları üzündən ziyanla üzləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki,Deripaskaya məxsus "Armenal" zavodu istehsalı azaltmaq və əməkdaşlarının bir hissəsini ixtisara salmaq məcburiyyətində qalıb.

Buna səbəb kimi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları üzündən zavodun istehsal etdiyi məhsula tələbatın azalması göstərilir.

"Armenal" zavodunda istehsal olunan məhsul əsasən Şimali Amerika və Avropaya ixrac olunurdu.

Qeyd edək ki, aprelin 6-da Vaşinqton alüminium istehsalı ilə məşğul olan "UC Rusal" şirkətini və onun sahibi Oleq Deripaskanın adını sanksiya siyahısına daxil edib.

Milli.Az