Ölkə
Şabranda avtomobil 12 yaşlı yeniyetməni vurdu
Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə Bakı-Quba yolunun rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verib.
Yol kənarındakı bazara həmkəndlisi ilə pomidor satmağa gələn Şabran rayon Söhbətli kənd sakini, 2006-cı il təvəllüdlü Eyyub Məhəmməd oğlu Musayevi "Ford" markalı yük avtomobili vurub. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ baldırın qəlpəli sınığı diaqnozu qoyulub.
Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır. (report)