Maraqlı
Rulon kimi bükülən displey təqdim edilib - VİDEO
Kuins Universitetinin alimləri tərəfindən hazırlanmış "MagicScroll" adlı sensor qurğunun prototipi boru şəkildə bükülən 7,5 düymlük elastik sensor displeydən ibarətdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən yenilik 3D çap texnologiyasının köməyi ilə hazırlanıb, qurğunun kənar hissələrinə quraşdırılmış xüsusi çarxları fırlatmaqla ekranı bükmək olar. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.
Alimlər artıq yeniliyin smartfonlarda tətbiqini nəzərdən keçirirlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: