Maraqlı
Pikap telestudiyaya girdi - FOTO
ABŞ-da pikap Fox 4 News telekanalı studiyasının divarını dağıdaraq içəri girib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Dallas şəhərində baş verib.
Bildirilir ki, avtomobilin sürücüsü bunu bilərəkdən edib. O, maşından düşərək yüksək səslə qeyri-etik ifadələr işlətməyə başlayıb.
Polis artıq pikapın sürücüsünü saxlayıb. Mütəxəssislər isə onun studiyada qoyduğu qara çantanı yoxlayıblar.
Studiyada çalışan şəxslərin hamısı təxliyə olunub.
Milli.Az