Maraqlı
Pərəstişkarına 100 min dollar verdi
Dünya ulduzu Beyons və Cey Zi pərəstişkarına gözlənilməz sürpriz edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar təhsil alması üçün qıza 100 min dollar bağışlayıblar.
Mikeyla Louri adlı qız bu xəbəri dicey Khaleddən eşidib. Bunu eşidən Louri nə baş verdiyini əvvəlcə anlamayıb. O, eşitdiklərinə inanmadığını deyib.
Qızın sözlərinə görə, ailəsində təhsil alan ilk şəxs olacaq. Təhsilini tamamladıqdan sonra isə Mikeyla öz biznesini qurmağı planlaşdırır.
Milli.Az