Ölkə
Paytaxtda 4 cinayətin üstü açıldı – Polisdən əməliyyat
Bakının Nizami rayonunda bir neçə cinayətin üstünün açılması barədə əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, rayon ərazisində 4 həyətyanı sahədən, 2 evdən və 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlanması barədə 23-cü polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayətləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əliyev saxlanılıb.