Maraqlı

“Nafilə ibadətlər” deyərkən nə nəzərdə tutulur?

Metbuat.az

Nafilə - yerinə yetirilməsi fərz (qəti vacib) və vacib olmayan ibadət növləridir. Əhli-sünnə məzhəbində sünnət, cəfəri məzhəbində isə müstəhəb kateqoriyasına aiddir. Nafilələri yerinə yetirməyən şəxs günahkar hesab edilmir və axirətdə cəzaya layiq görülmür; amma yerinə yetirən şəxsə axirətdə mükafat veriləcək.

Milli.Az islam.az-a istinadən bildirir ki, hədisi-qüdsiyə görə, Allah-təala nafilə ibadətlərinin savabı barədə buyurub: "Bəndəm fərz ibadətlərini yerinə yetirməklə mə¬nə yaxınlaşdığı qədər heç bir başqa vasitə ilə yaxınlaşa bilməz. Bəndəm nafilə ibadət¬lərini icra edəndə mən onu çox sevərəm. Onun eşidən qulağına, görən gözünə, tutan əlinə, yeriyən ayağına çevrilərəm. Məndən hər nə istəsə, ona verərəm. Mənə sığınsa, onu qoruyaram".

Nafilə namazları hənəfi məzhəbində va¬cib (fərzdən bir qədər aşağı), şafii, hənbəli və maliki məzhəblərində sünnət, cəfəri məzhəbində müstə¬həb sayılır. Əhli-sünnə məzhəbinə görə, gündəlik namazların nafiləsi cəmi 20 rükətdir (sübh - 2 rükət, zöhr - 6 rükət, əsr - 4 rükət, məğrib - 2 rükət, işa - 6 rükət). Cəfəri məzhəbində nafilə namazlarının rükətlərinin sayı 34-dür (sübh - 2 rükət, zöhr - 8 rükət, əsr - 8 rükət, məğrib - 4 rükət, işa - 1 rükət, oturmuş halda 2 rükət, gecə namazı - 11 rükət). Cümə günləri nafilə namazlarına daha 4 rü¬kət də əlavə edilir.

Milli.Az