Ölkə
Masazırda 2 otaqlı mənzil yandı
Abşeron rayonunda yanğın baş verib.
Publika.az FHN-ə istinadən xəbər verir ki, rayonun Masazır kəndində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində ev əşyaları 6 m² sahədə və 1 ədəd plastik pəncərə çərçivəsi yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.