Maraqlı

"Köhnə", "cırıq", "yamaqlı" ayaqqabıların qiyməti 530 dollardır - FOTO

Metbuat.az

Venesiyanın məşhur moda markası "Golden Goose" tərəfindən istehsal edilən "Superstar taped sneakers" model ayaqqabılar həm qiyməti, həm də görünüşü ilə diqqəti çəkib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, kobud formada təmir edilmiş köhnə ayaqqabı görünüşünə sahib olan modellərin qiyməti İtaliyada 375 avro, ABŞ-da isə 530 dollar müəyyənləşdirilib. 

Markanın bu addımı sosial mediada birmənalı qarşılanmayıb və insanlar tərəfindən "kasıblığa lağ etmək" kimi dəyərləndirərək kapitalizmi tənqid edib.

Qeyd edək ki, "Golden Goose" 2016-cı ildə də köhnə görünüşə sahib ayaqqabı istehsalına görə tənqid hədəfinə çevrilmişdi.

Milli.Az