Maraqlı
Klipdə iyrənc səhnələr. Kirkorov və Baskovun işi lağa qoyuldu - VİDEO
Rusiyalı müğənnilər Filip Kirkorov və Nikolay Baskov duet ifa edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar "İbiza" adlı mahnını birgə ifa edərək, klip də çəkdiriblər.
Lakin duetin klipi sosial şəbəkələrdə tənqid olunub və lağa qoyulub.
Ekran işində iyrənc və qeyri-etik hərəkətlərin olması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb.
Klipdə eyni zamanda Andrey Malaxov, Sergey Şnurov, Alisa Lobanovakimi məşhurlar da rol alıb.
Qeyd edək ki, klip bir gün ərzində 1,5 milyon izlənmə sayı toplayıb.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az