Dünya

İraqda prezidentliyə kürd qadın namizəd... -

Metbuat.az

İraq kürdlərinin üçüncü böyük partiyası hesab olunan “Goran” hərəkatı baş katibinin keçmiş müavini Sarva Əbdülvahid İraq prezidentliyinə namizəd olacağını açıqlayıb.

Metbuat.az Virtualaz.org-a istinadən bildirir ki, Sarva Əbdülvahid İraqın ilk qadın prezidenti olmaq istədiyini bildirib.

“Müstəqil qadın siyasətçi olaraq prezidentliyə namizədliyimi elan edirəm. Bütün İraqı təmsil edəcəyəm”, - deyə S.Əbdülvahid vurğulayıb.