Günahsız insanlar üzərində aparılan bu eksperimentlər sizi dəhşətə gətirəcək
Faşıstlərin və almanların keçirdiyi təcrübələri oxuduqca və xəbər tutduqca insanı dəhşət bürüyür. Lakin tibb inkişaf etdikcə bu təcrübələrin aparılması da labüddürləşir.
Milli.Az islaminsesi.info-ya istinadən həmin təcrübələrin bir neçəsini sizə təqdim edir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaddaş silmə eksperimenti
Bu eksperimentlərin içərisində bəlkə də ən uğurlusu Bluebird olub. 1951-54 illərdə keçirilib. Bu təcrübədə iştirak edənlər köməksiz xəstələr və nevroloji xəstəxanadan gətirilən pasientlər idi. Onların çoxu eksperiment haqqında heç nə bilmirdilər. Eksperimet keçirildi və xəstələrə saysız psixotrop dərmanlar verildi. Bu, bioloji və radioloji cəhətdən insan şüuri ilə oynamaq idi. Düzdür, indi bu eksperimentin yenə də keçirilib-keçirilmədiyi məlum deyil, lakin 1976-cı ildə böyük qalmaqala səbəb olan bu eksperiment haqqında bütün sənədlər məhv edilib.
İsraildə əsgərlər üzərində keçirilən eksperiment
2007-ci ildə məlum oldu ki, 1998-2006-cı illər ərzində İsrail ordusunda "Ömər-1" və "Ömər-2" eksperimentləri keçirilib. 716 əsgər üzərində aparılan bu eksperiment bakteroloji silah kimi istifadə olunan Sibir xorasına qarşı aparılıb. Əsgərlərə bu eksperiment haqqında heç bir məlumat verilməmiş və onun nə ilə nəticələnə biləcəyi də açıqlanmamışdı. Hətta onlara bu məsələləri ailələri ilə müzakirə etmək də qadağan olunmuşdu. Lakin 2007-ci ildə qəflətən məsələnin üstü açıldı. Orduda əsgərlər müxtəlif xəstəliklərdən - ürəkgetmə, epilepsiya, mədə xorası və s. xəstəliklərdən əziyyət çəkməyə başladılar. "İnsan Hüquqları Üzrə Həkimlər" Ali məhkəməyə qədər getdilər və bu işin tədqiq olunmasını tələb etdilər.
Onlar məqsədlərinə çatdılar, lakin eksperiment yenə ictimayyətə açıqlanmadı. Ordu dilemma arasına qaldı: Bu eksperimentə könüllü olaraq qoşulduğunu söyləsin, yoxsa heç nə olmamış kimi davransınlar. Nəhayət məsələ ört-basdır oldu. Eksperiment isə bir neçə milyon şekel müqabilində Amerika ordusuna satıldı.
Ən yaxşı sifilis, qaradərili sifilisdir
Demək olar ki, bu siyahıya ABŞ başçılıq edir desək səhv etmərik. 1932-1972-cillər ərzində keçirilmiş bu barbarcasına eksperiment yalnız irqçiliyə xidmət edib desək yanılmarıq. Ərazi olaraq Alabama ştatının Taksiki şəhəri seçildi. Həkimlər qrupuna sifilisə yoluxmuş qaradərililər verildi. Niyə qaradərililər? Çünki bu xəstəlik ikinci dərəcəli insanların xəstəliyi hesab olunurdu və qaradərililərin də mövqeyi bəlli idi. Onların çoxu tutulduqları xəstəlik haqqında məlumata malik deyildilər.
Eksperiment bitəndə 399 iştitakçıdan 74 nəfər sağ qalmışdı. Sifilisdən və onun ağrlaşmış formasından 128 nəfər həlak oldu. 40 kişi artıq öz həyat yoldaşını da yoluxdurmuşdu və 19 uşaq bu xəstəliklə dünyaya gəlmişdi. 1946-cı ildə təcrübə daha da genişləndi. Həkim qrupu Qvetemalaya ezam olundu. Onlar bu xəstəliyi qəsdən insanlara yoluxdurdular. Ümumlikdə insanların sayı artıq 5 minə çatırdı. Yalnız 1972-ci ildə təcrübə böyük səs-küylə dayandırıldı. İllər sonra Bill Klinton, daha sonra Barak Obama Qvetamala xalqından üzr istədi. O ki qaldı Alabama ştatına, onlara da təzminat ödəndi.
ABŞ təcrübə sahəsi kimi
Bunu qeyd etmək lazımdır ki, ABŞ alimləri qətiyyən öz xalqlarını elə də sevməyiblər. Onlar əleyhqazı daha da inkişaf etdirmək üçün yeni doğulan uşaqlar üzərində təcrübə keçməkdən tutmuş, 1950-ci illərdə Florida və Corciyada süni olaraq epidemiya yaratmağa qədər qorxunc işlərdən çəkinməyiblər. 1960-ci illərin sonunda öz xalqlarının bakterolji silahlara dözümlülüyünü yoxlamaq üçün Çikaqo metrosuna aerobik bakteriyalar buraxmışdılar. 1963-69-cu illərdə Pentaqon öz gəmilərinə xəbərdarlıqsız kimyəvi bakteroloji silahlar atmışdı.
Yetimlər arasından canavarlar (zombilər)
Uşaqlar həmişə alimlərin arzuolunmaz audutoriyası olublar. 1939-cu ildə Ayova Universitetində keçirilmişmiş eksperiment dəhşətli nəticələr verdi. Psixoloq Uendli Conson və onun aspirantı Meri Tüdor uşaq evindən müxtəlif yaşlarda 22 uşaq götürdülər. Tüdor onlarla müntəzəm olaraq 45 dəqiqəlik söhbətlər apardı. Uşaqlar onun gəlişinə sevinərdilər, çünki o onları tərifələyir, motivasiya edərdi. Digəri isə gələndə belə etməzdi. O, onları danlayar və heç nəyə qadir olmadıqlarını söyləyərdi. İkili aparılan prassedur ağır nəticələr verdi. Onların bəziləri həyatdan qorxaraq psixoloji travmalar aldılar. Düzdür Meri Tüdor dəfələrlə yetimxanaya gələrək peşmançılğını dilə gətirsə də. artıq gec idi. 2001-ci ildə iş rəsmi xarakter aldı. 2003-cü ildə həmin uşaqlardan altısı məhkəməyə müraciət etdi. Yalnız 4 il sonra 925 min dollar təzminat ala bildilər.
Milli.Az