Ölkə
Gəncədə 7 otaqlı ev yandı
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
Publika.az FHN-ə istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan 7 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.