Dünya

Etimad İsmayılovu öldürən iş adamı:

Metbuat.az

İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirovun polisə verdiyi ilkin ifadə məlum olub.

Metbuat.az Azvisiona istinadən xəbər verir ki, Dəmirov qətlin pul üstündə baş verdiyini etiraf edib.

Türkiyədə bizneslə məşğul olan Dəmirov şəriki E.İsmayılovla birlikdə qurduqları şirkətin 4 milyon dollar dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməsini istəyib. İş adamları aralarındakı problemi həll etmək üçün İsmayılovun Floryadakı ofisində görüşüblər.

Dəmirovun 4 milyonluq tələbi qəbul olunmayıb. Nəticədə aralarında mübahisə düşüb. Təhqirə məruz qaldığını iddia edən Dəmirov üzərində gəzdirdiyi silahla İsmayılovun baş və ürək nahiyəsinə atəş açaraq hadisə yerindən uzaqlaşıb.