Maraqlı
“Ərim məni həm döydü, həm də 20 milyonumu yedi” - Müğənnidən acı etiraf
Məşhur türk müğənnisi Songül Karlı iştirak etdiyi verilişdə boşandığı əri barədə şok etiraflar edib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Songül Karlı 5 illik ailə həyatını qalmaqallı şəkildə başa çatdırıb və keçmiş əri Metin Yüncünün onun 20 milyon lirəsini (7 milyon manat) yediyini bildirib.
Keçmiş əri tərəfindən döyüldüyünü də etiraf edən müğənni Metini cavab olaraq vurduğunu da qeyd edib. Söngül bildirib ki, toyda bəylik paltarına qədər hər şeyi özü alıb.
Songül bildirib ki, bu günə qədər heç bir münasibətində belə çətinliklər çəkməyib: "Bu hissi heç yaşamadım və yaşamaq da istəmirəm. Səhərə qədər ağlamaq istəmirəm. İndiyə qədər heç bir kişi üçün ağlamamışam".
Milli.Az