Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra ikitərəfli görüşlər keçirib
BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey və Qrenadanın xarici işlər naziri Piter Devid ilə görüşlər keçirib.
XİN-dən Metbuat.az-a verilən məlumata görə, nazirlər ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Bu xüsusda tərəflər iqtisadi, ticarət və humanitar əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə ediblər.
Görüşlər zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tanınmışlar efir məkanımızı belə görmək istəyirlər - Oxumaq üçün tıkla