Doğurdanmı içki içmiş adam gərək 40 gün namaz qılması?
Düz deyirlər ki, içki içmiş adam gərək 40 gün namaz qılmasın, tövbə etsin və 40 gündən sona namaza davam etsin?
Bəzi hədislərimizdə həqiqətən, içki içmiş şəxsin 40 gün ərzində namazlarının qəbul edilmədiyi buyurulur. Müasir tibb elmi sübut edir ki, digər qidalar kimi, içki də tam 40 gün ərzində bədəndən təmizlənmir.
Milli.Az islam.az-a istinadən bildirir ki, amma bu hədislər içki içənin 40 gün namazsız qalmasına haqq qazandıra bilməz. İçki içmiş adam öz günahını anlayıb, səmimi qəlbdən tövbə etməli və növbəti namazlarına davam etməlidir. Namaz heç bir bəhanə ilə tərk edilməsinə icazə verilməyən bir ibadətdir. Bəndənin vəzifəsi hər nə olursa-olsun, Allahın mərhəmətinə ümid etmək, günahı üçün tövbə etmək və öhdəsində olan ibadətləri yerinə yetirməkdir. Onun tövbəsinin və ibadətlərinin qəbul edilib-edilməməsi Allahın ixtiyarındadır. Bəndə buna ümid etməli və günahlarını Allaha bağışlatdırmağa çalışmalıdır. İçki içdikdən sonra namazı atmaq və 40 gün namazsız qalmaq isə başqa bir günahdır.
Milli.Az