İqtisadiyyat
DGK dövlət büdcəsinə 3 milyard 190 min manat ödəyib
"Bu il üçün Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 3 milyard 190 min manat vəsait ödənilib".
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilkin proqnozlar 2 milyard 430 manat nəzərdə tutulsa da, DGK dövlət büdcəsinə daha artıq vəsait köçürüb:
"DGK-nın 8 ayın yekunlarına görə idxal səviyyəsi 5 milyon dollar, ixrac səviyyəsi isə 12,8 milyon dollara qədər artıb".
S.Mehdiyev komitəyə yeni kadrların cəlb olunduğunu və bu kadrların peşəkarlığının ümumilikdə DGK-nın fəaliyyətini kifayət qədər gücləndirdiyini bildirib.
Könül