Maraqlı

Çəkiliş zamanı yaralanan "Cumali" əməliyyat olundu - FOTO

Metbuat.az

"Show TV"də yayımlanan məşhur "Çukur" serialında "Cumali" obrazını canlandıran Necip Memili əməliyyat olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor serialın çəkilişi zamanı sol dizindən xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Onu əməliyyat edən cərrah Sarper Çetinkaya birlikdə çəkdirdikləri fotonu sosial şəbəkə hesabında paylaşaraq Necip Memilinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, N.Memili ötən ay serialın aktyor heyətinə daxil olub.

Milli.Az