Castin Biber "bal ayı"na çıxıb? - VİDEO - FOTO
Məşhur kanadalı müğənni Castin Biber və amerikalı model Heyli Bolduin Londondadırlar.
Milli.Az The Sun-a istinadən bildirir ki, Heyli Bolduinin barmağında iri brilyant qaşlı üzük vardı.
Heyli Bolduinin əmisi, Hollivud ulduzu, aktyor Alek Bolduin "Heyli ilə Castin evləniblər, toya hazırlaşırlar" deyib. Castin Biberlə Heyli Bolduinin Nyu-Yorkda nikah kəsdirdikləri və toy hazırlaşmaları barədə şayiələrin sayı artır.
Toyun Kanadanın Ontario əyalətində, Castin Biberin malikanəsində olacağı vurğulanır.
265 milyon dollarlıq varidatı olan Castin Biber Bukinhem Sarayının qarşısında, fəvvarənin kənarında oturaraq gitara da çalıb. O, sanki bu minvalla pul qazanmaq istəyən sənətçilərən biri idi.
Bu səfərin "bal ayı", yoxsa adi istirahət, əyləncə olduğu bəlli deyil.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: