Maraqlı

Can Bonomo motosikletlə qəzaya düşdü

Metbuat.az

Məşhur türkiyəli müğənni Can Bonomo bu gün motosikletlə qəzaya düşüb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, günorta saatlarında o, motosikletlə hərəkətdə olarkən qarşıdakı avtomobilin sürücüsü anidən dayanıb.

O, maşının qapısını açar-açmaz Bonomo motosikletlə qapıya dəyib. Nəticədə musiqiçinin qabırğaları çatlayıb, körpücük sümüyü isə qırılıb. Ona 1 ay məcburi istirahət verilib və konsertləri təxirə salınıb. 

Bonomo qəzaya düşdüyünə dair xəbəri sosial şəbəkədə paylaşıb. Ciddi bir şey olmadığını deyib. 

Milli.Az