Bütün təyinatlar məlumdur
Topaz Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Mətbuat.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ilk qarşılaşma sentyabrın 14-də “Qarabağ” – “Sumqayıt” arasında (hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov) “Azersun Arena”da 20:00-da baş tutacaq.
Sentyabrın 15-də “Səbail” – “Zirə” (hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev) görüşü “Bayıl Arena”da 20:30-da olacaq.
16 sentyabrda “Sabah” – “Qəbələ” (hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə) oyunu “Əlincə Arena”da saat 19:00 olacaq.
“Neftçi” – “Keşlə” oyunu isə (hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov) “Bakcell Arena”da 21:00-da keçiriləcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.