Ölkə

Bu ərazilərdə iki saatdan artıq işıq olmayacaq

Metbuat.az

Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

“Azərişıq” ASC-dən Metbuat.az-a verilən məlumata görə, bu gün saat 12.00-dan 14.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Tanınmışlar efir məkanımızı belə görmək istəyirlər - Oxumaq üçün tıkla