İqtisadiyyat

Bitkoin bir qədər bahalaşıb

Metbuat.az

Dünyada ən məşhur kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.

Metbuat.az xəbər verir ki, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,36% artaraq 6,53 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb.

Belə ki, "Ethereum" 1,04% və ya 229,15 dollaradək, "Ripple" 4,1% (0,29 dollara qədər), "Bitcoin Cash" isə 3,05% (516,83 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.