İqtisadiyyat
Bitkoin bahalaşmaqda davam edir
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşmaqda davam edir.
Bitkoin 7,3 min dollar ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti
son sutka ərzində 1,18% artaraq 7,37 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə
dəyişib. Belə ki, "Ethereum" 0,72% və ya 281,19 dollaradək,
"Ripple" 0,72% (0,33 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə
0,11% (627,93 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 239 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür.