Maraqlı

"Belə sarsaq iddialara aldanmayın" - Viktoriya Bekhem özünə sataşdı - VİDEO - FOTO

Metbuat.az

Dünyanın ən məşhur futbolçularından biri, 43 yaşlı Devid Bekhemin xanımı 44 yaşlı Viktoriya Bekhem özünün "Victoria Beckham "brendinin 10 illik yubileyi münasibətilə "Vogue UK" jurnalı üçün fotosessiyaya çəkilib.

Milli.Az bildirir ki, çəkilişlərdə Viktoriyanın övladları - 19 yaşlı Bruklin, 16 yaşlı Romeo, 13 yaşlı Kruz və 7 yaşlı Harper, habelə ailənin köpəyi, kokker-spaniel cinsindən olan Oliv də vardı.

Sessiya, əslində, bir messicdir.

Əvvəla, Viktoriya və jurnalın komandası moda dünyasının məşhur fəşn-obrazlarını xatırlayaraq ciddi sifətlə ironik görüntülər yaradıblar.

"Spice Girls" qrupunun sabiq solisti 22 il əvvəl qrupun kliplərindən birinə çəkildiyi lateks kostyumu xatırlayıb.

"Bütün zamanların dəb və stil ikonasına, yəni mənə həsr olunmuş "cover story" çəkirik", - sifətinə ciddi görkəm verən, əynində xalat, başında mələfə olan Viktoriya deyib.

Çəkilişlərdə "Vivienne Westwood"un gəlinliklərinə, Koko Şanelin kiçik qara donuna da sataşan Viktoriya "Vogue"un baş redaktoru Edvard Enninfulu heyrətləndirib.

Viktoriya Bekhem ərindən boşanmaq niyyətində olması barədə şayiələrə də aydınlıq gətirib.

"Belə axmaq şayiələrə, sarsaq iddialara artıq fikir vermirik. Anlayırıq ki, ailəmiz birlikdə olanda daha güclüdür. Bizi tanıyanlara, sevənlərə isə məsləhət görərdim ki, mənsız iddialara aldanmasınlar", - Viktoriya Bekhem söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: