Ölkə

Avtomobil 12 yaşlı yeniyetməni vurub

Metbuat.az

Şabranda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində baş verib.

Yol kənarındakı bazara həmkəndlis ilə pomidor satmağa gələn Şabran rayon Söhbətli kənd sakini, 2006-cı il təvəllüdlü Eyyub Məhəmməd oğlu Musayevi "Ford" markalı yük avtomobili vurub. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ baldırın qəlpəli sınığı diaqnozu qoyulub.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az