Astroloji proqnoz - 5 sentyabr
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Fenomenal iş qabiliyyətiniz sizin
uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin
rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun
müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez
yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra
biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz.
Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis
vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid
etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı
olmaq tövsiyə olunur.
Buğa - Bu gün hansısa qeyri-adi təcrübə
qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən
hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu
bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat
məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür. Lakin
yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə
düşəcək.
Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə
düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər.
Əkizlər - Xarici təsir qarşısında həssassınız və
arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında
müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə
yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər
sizin üçün mənfi nəticələnə bilər.
Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq
əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı
daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi
nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün
dəyişikliklər etmək istəyəcəklər.
Xərçəng - Bütün vacib işlərinizi günün birinci
yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha
faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir.
Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim
sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir.
Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq,
ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda
maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi
vəziyyəti yaxşılığa doğru dəyişəcək.
Şir - Ev qayğıları o qədər çox olacaq ki, şirlərin
bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli
insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər.
Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə
bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə
həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları
çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız,
vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz.
Qız - Günün birinci yarısı işlə məşğul olmaq üçün
əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi
doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla
münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə
sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün
sizə müraciət edəcəklər.
Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz
nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da
nəzarətdə saxlayırsınız.
Tərəzi - Əlverişli gündür. Həm işgüzar, həm də
şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla
gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər.
Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi
cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər.
Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə
qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş
sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna
olunmur.
Əqrəb - Bu gün bir qədər uğursuzdur. Neqativ
tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların
diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə
sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli
düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər.
Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız
tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.
Oxatan - Bu gün özünüz haqda daha çox
düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi
daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə,
gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr,
alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür.
Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün
çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz
ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq.
Oğlaq - İnsanlarla qarşılıqlı anlayışa nail olmaq,
lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə
olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi
münasibətlərin pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi
qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər
əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə
bilmir.
Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan
əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq
tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə
alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər.
Dolça - Uğurların asanlıqla qazanıldığı, heç bir
problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir
gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq,
lakin siz baş verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı
qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza
müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin.
İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli
adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar.
Balıqlar - Həyat potensialının yüksəlməsi ilə
bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş
edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və
emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis
niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa
çalışacaqlar.
Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları
lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar
almaq tövsiyə olunmur.
milli.az