Ölkə

Abşeronda toyuq sexlərində iyrənc mənzərə - Rəngləyib kənd toyuğu adı ilə satırlar - VİDEO

Metbuat.az

Abşeron rayonunda sanitar qaydalara riayət edilmədən kəsim həyata keçirən iki müəssisə aşkarlanıb. 

Milli.Az REAL TV-yə istinadla bildirir ki, bu faktlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən reyd zamanı ortaya çıxıb.

Onların fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı protokol tərtib edilib. 

Məlum olub ki, müəssisələr 02:00-07:00 radələrində qanunsuz fəaliyyət göstərir və emal olunan toyuq əti müxtəlif ticarət şəbəkələrinə kənd toyuğu adı altında satılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: