ABŞ-ın ən çox neft ixrac etdiyi
ABŞ-ın ən çox xam neft ixrac etdiyi ölkələr açıqlanıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin açıqlamasına görə, ən çox neft ixrac etdikləri ölkə sırasında 21%-lə Çin ilk yedədir. Bu dövrdə ABŞ-ın xam neft ixracının ümumi həcminin gündə 1,8 milyon barreli Çinə göndərilib.
ABŞ-ın xam neft ixracında ikinci yeri Kanada tutur. Kanadaya ilin ilk altı ayında gündəlik təxminən 334 min barrel xam neft ixrac olunub. ABŞ-ın xam neft ixracında Asiyanın ən böyük birinci, Avropa isə ikinci bazar olduğu bildirilir. ABŞ-ın ən çox neft ixrac etdiyi Avropa ölkəsi İtaliyadır, gündəlik təxminən 165 min barrel neft.
Açıqlamada deyilir ki, ABŞ-ın xam neft ixracı ötən ilin ilk yarısı ilə müqayisədə gündə 787 min barrel artıb. İyun ayında ölkədə ümumi xam neft ixracı gündə 2,2 milyon barrel artaraq rekord qırıb.
Günay Elşadqızı / METBUAT.AZ