Dünya

ABŞ-da gözlənilən qasırğa səbəbindən

Metbuat.az

ABŞ-ın cənub-şərqində “Florens” qasırğasının yaxınlaşması səbəbindən 1,4 min aviareys ləğv olunub.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, “USA Today” qəzetinin yaydığı məlumata görə, regionun sahil rayonlarında yerləşən hava limanlarının əksəriyyəti, o cümlədən Cənubi Karolina ştatının Çarlston və Şimali Karolina ştatının Uilminqton aeroportları bağlanıb. Həmin hava limanları sentyabrın 15-dək işləməyəcək.

Atlantik okeanında yaranan “Florens” qasırğası gücünə görə 5 ballıq Saffir-Simpson cədvəli üzrə ikinci kateqoriyayadək zəifləyib və saatda 27 kilometr sürətlə ABŞ-ın cənub-şərqinə yaxınlaşır. Onun sentyabrın 14-də Amerika sahillərinə çatacağı gözlənilir. Bu səbəbdən Virciniya, Merilend, Cənubi Karolina və Şimali Karolina ştatlarında, həmçinin ölkənin paytaxtı Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib.