İqtisadiyyat

ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir

Metbuat.az

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledici boru kəməri layihəsini dəstəkləyir.

Publika.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.