Dünya

66 il sonra ortaya çıxdı -

Metbuat.az

Bağırsaqlarındakı ağrı səbəbiylə xəstəxanaya müraciət edən 68 yaşlı qadın həkimləri heyrətə salıb.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, müayinələrdən sonra Raziye Yıldırımın bağırsaqlarında 66 il əvvəl udduğu iynələr aşkarlanıb.

Həkimlər qadının həm bağırsaq problemini, həm də 2 yaşındaykən udduğu iynələri çıxarmaq üçün əməliyyata alıb. Əməliyyatı icra edən həkim "İynələrin 66 ildir orada qorunub saxlanması məni heyrətə saldı"- deyərək açıqlama verib.