Ölkə
5 otaqlı ev yanıb
Abşeron rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və 1 ədəd divan yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az