228 gömrük əməkdaşı tənbeh məsuliyyətinə cəlb olunub
"Bu ilin 8 ayı ərzində 228 gömrük əməkdaşı tənbeh məsuliyyətinə cəlb olunub".
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Sədrin sözlərinə görə, rüşvət alan və ya rüşvət verən əməkdaşlar haqqında qanun çərçivəsində ölçülər götürülüb:
"Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 4 fakt üzrə 5 əməkdaş, Gömrük Komitəsinin Daxili İstintaq İdarəsinə 5 fakt üzrə 4 əməkdaş haqqında şikayət göndərilib. Bundan başqa, tənbeh və intizam qaydalarına görə cəzalandırılan əməkdaşların siyahısı aşağıdakı kimidir: 8 ay ərzində 9 nəfər gömrük işçisi vəzifəsindən azad edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi azaldılıb. 4 nəfərin xüsusi rütbəsi əlindən alınıb. 47 nəfər şiddətli töhmət alıb. 17 nəfərə töhmət verilib. 20 nəfərə irad tutulub. Ümumilikdə 228 nəfər gömrük əməkdaşı tənbeh və intizam məsuliyyətinə cəlb olunub".
Könül