Zeyd yetim idi yoxsa valideynləri vardı?
Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?
Milli.Az islam.az-a istinadən bildirir ki, Zeydin əsl atasının adı Harisə idi. Peyğəmbərimiz (s) onu oğulluğa götürsə də, heç zaman "Mühəmmədin oğlu" çağırılmasına razı olmamış, onu atasının övladı kimi tanıtdırmışdır. Zeyd ibn Harisə ibn Şürahil Kəlbi İslamdan əvvəlki qəbilə müharibələri nəticəsində əsir alınıb Məkkədə kölə bazarında satışa çıxa-rılmışdı. Xədiceyi-kübranın qardaşı oğlu onu satın alıb öz bibisinə (Xədicəyə) bağışladı, Xədi¬cə də Zeydi Həzrət Mühəmmədə (s) hədiy¬yə etdi.
Zeydin həmqəbilələri onun yerini öyrəndilər və atası Zeydi aparmaq üçün Məkkəyə gəldi. Həzrət Mühəmməd (s) seçim ixtiyarını Zeydin öz öhdəsinə buraxdı. Zeyd isə bu müddət ərzində Peyğəmbərə (s) o qədər bağlanmışdı ki, Onun yanında qalmağa üstünlük verdi və doğma atasının yanına qayıtmaqdan imtina etdi. Bun¬dan sonra Həzrət Mühəmməd (s) Zeydi kö¬ləlikdən azad edib oğulluğa götürdü.
Zeyd İslam dinini ilk qəbul edən şəxslərdən sayılır. O, hicri 8-ci (miladi 629-cu) ildə Suriya ərazisində baş vermiş Mötə savaşında şəhid olmuşdur. Zeyd Quranda adı çəkilən yeganə səhabədir.
Milli.Az