Yuxu problemi elmə məlum olmayan xəstəlik yarada bilər
Elm adamlarının etdiyi bir araşdırmaya görə, yuxu problemləri, "Alzheimer" adı ilə tanınan, lakin hələ elmə tam məlum olmayan ciddi xəstəliyin xəbərçisi ola bilər.
Araşdırma qrupu siçanlarda aparılan təcrübədə, beyindəki "val" adı verilən zülal yığınlarının meydana gəlməyə başladığı zamanda siçanların yuxu problemləri ilə üz-üzə gəldiyini meydana çıxardıb.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İngiltərə araşdırma qrupu "Alzheimer" adı verilən xəstəliyin daha tez diaqnozunu qoya bilmək üçün tədqiqatlara başladıqlarını bildirirlər.
"Val" adı verilən zülalın, "Alzheimer" adı verilən xəstəliyi törətdiyini bildirən araşdırmaçılar, bu xəstəlikdən əziyyət çəkən insanların son dəqiqəyə qədər yaddaşlarında heç bir problemin yaranmadığını, ancaq bu xəstəliyə tutulduqdan sonra yaddaşın tamamilə itdiyini bildirirlər. Bu isə mütəxəssislərin və elm adamlarının işini çətinləşdirir.
"Alzheimer"in tez diaqnozu üçün elm adamları, xəstəliyə səbəb olan "vallar"ın quruluşunu tam olaraq öyrənməyə başladıqlarını bildirirlər.
Araşdırma qrupu yuxusu pozulmuş insanlarda da bu xəstəliyin yarana biləcəyini qeyd edirlər. Lakin hər yuxusu qaçan insanın da "Alzheimer"ə yoluxduğunu düşünmək də məntiqsizlikdir. Bu səbəbdən də mütəxəssislər bu xəstəliyin daha hansı iş fəaliyyətinə təsir etdiyini öyrənirlər ki, insanlar o əlamətləri də bilib, sonra müraciət etsinlər. Bu xəstəlik haqqında çox az məlumatın olduğunu da bildirirlər. Bu səbəbdən də elm adamları dünya miqyasında bu işə səfərbər olduqlarını söyləyirlər.
Milli.Az