Maraqlı
"YouTube"un bu yeniliyi ürəyinizcə olacaq
"YouTube" real həyat və internet arasında balansı qoruyub saxlamaq məqsədilə bu video hostinqdə keçirilən vaxtı göstərməyə başlayıb.
Milli.Az ICTnews-a istinadən xəbər verir ki, indi izlənmiş videolara sərf edilən vaxtı öyrənmək mümkündür.
Statistika jurnalı "YouTube" video hostinqində bu gün, dünən və son 7 gün ərzində izlənmiş videolara sərf edilmiş vaxtı göstərir.
Milli.Az